• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3153
— 19.09.2019 11:54

Qazanxanalar qışa hazırdır

KepezTV Player

Gəncə İstilik Sistemləri İdarəsinin balansında 20 qazanxana var ki, bunlardan da 12-i stasionar qaydada fəaliyyət göstərir. Qalan 8 qazanxana modul tiplidir. Ümumi olaraq bu qazanxanaların 6-ı orta məktəb, 4-ü baxça, 10-u isə poliknika və xəstəxanada yerləşir. Azər istilik təchizat  Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhər İstilik Sistemləri İdarəsi tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq bütün qazanxanaların qış mövsümünə hazırlıq işlərinə yaydan başlanılıb. İdarənin əməkdaşları cari təmir işləri aparıb, qaz xətlərində olan sızmaların qarşısı alıb,  qazanxanaların işləməsi üçün boruları su ilə doldurublar. Bundan başqa, təhlükəsizlik baxımından qaznaxananın bütün avadanlıqlarının üzərinə onun fəaliyyət funksiyası yazılıb, eləcə də texniki təhlükəsizlik guşəsi löhvəsi də divara vurulub. Nazirlər kabinetinin sərəncamına uyğun olaraq qış mövsümünə keçid noyabrın 15-dən başlayır və aprel ayının 15-nə kimi davam edir.