• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1784
— 18.09.2019 17:08

Heyvanların yemlənməsində innovativ yanaşma tətbiq olunmalıdır

KepezTV Player

Ölkədə heyvandarlıq kompleksləri müasir texnologiyalar əsasında qurulub. Amma təəssüf ki, yemləmə sahəsində bu sözü demək olmur. Ona görə bu yöndə təsərrüfat sahiblərinin maarifləndirlməsi vacibdir. Mütəxəssislər bildirirlər ki, yüksək məhsuldarlıq əldə etməyin yeganə yolu düzgün balanslaşdırılmılş yem bazasının yaradılmasıdır.

Hazırda ölkədə iribuynuzlu mal-qaranın sayı 2 mln 700 minə çatıb. Xırda buynuzlu heyvanların sayı 8 mln-dan çox, quşların baş sayı isə 30 mln.dan artıqdır. Bu heyvandarlığın intensiv formada inkişafının göstəricisidir. Buna baxmayaraq ölkədə ənənəvi metodlarla heyvan bəsləyənlər kifayət qədərdir.

Esmira Lətifova - Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: Hər adam heyvan saxlaya bilməz. Nəsildən nəslə bu təcrübə ötürülür. Bu gün bizdə o təcrübə yoxdur. Hətta yem zavodlarımız da xaricdəki kimi deyil. Zavodların işi ancaq yem alıb onu qarışdırmaqla məşğuldurlar. Yemçilik sahəsində mən deyərdim k, inqilab etmək lazım gələcək. Çünki biz də artıq o səviyyəyə gəlib çatmalıyıq. Əks halda biz nə qədər dövlət dəstəyindən istifadə edib xaricdən heyvan da gətirsək istənilən məhsuldarlığa nail ola bilməyəcəyik.

Heyvandarlıqda istehsal olunan məhsulun maya dəyərinin 70-75%-i yemləmədən asılıdır. Bu olmadan heyvandan yüksək məhsul gözləmək qeyri-mümkündür. Bir dəfə yemləmə pozulsa iki həftə yüksək məhsul götürmək mümkün olmur. Yeni qida rasionuna uyğunlaşmaq vaxt itkisinə səbəb olur. Ona görə heyvanın cinsinə uyğun olaraq yemləməni mütəxəssis məsləhti ilə əvvəlcədən qrafikləşdirmək lazımdır.

Sami Rəhimov - Zərdab DAİM-in əməkdaşı: Əvvəllər yem rasionları düzgün tərtib olunmurdu. Artıq fermerlər dünya miqyasında fermerlərə çevirilirlər. Ona görə fermerlər daha diqqətli yanaşırlar. Həm yem istehsalına, həm də yemləndirmədə innovativ texnologiyalardan istifadəyə. Fermerlər DAİM-yə əsasən yem rasionlarının düzgün tərtib olunması, ona uyğun heyvanların yemləındirlməsi və daha az xərc çəkməklə daha çox məhsul əldə etmək.

Otlaq və örüş sahələrinin azlığı və torpaqların özəlləşdirilməsini nəzərə alaraq heyvanlar qapalı şəraitdə saxlanılır. Bu zaman yemləmənin innovativ metodlarla təşkili prioritet məsləyə çevrilir. Bunu nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi fermerlərin maarifləndirilməsi istiqamətində geniş işlər aparır. Xarici mütəxəssilərin dəvəti də bu yöndə önəmli addımlardan sayılır.

Revaz Lapaçı - Gürcüstan yem istehsalı şirkətinin departament rəhbəri: Biz Azərbaycanda heyvandarlıq təsərrüfatlarından başlayaraq balıqçılıq təsərrüfatlarına qədər olmuşuq. Bizdə mal-qara, quşlar, balıqlar üçün yem istehsalı həyata keçirilir. O üzdən əksər fermalarda olmuşuq. Bizdə də sizdəki kimi təsərrfatlar oxşardır və təəssüf ki, saxlanılma, yemləmə, baytarlıq standartları baxımından qərb ölkələrindəki təsərrüfatlardan geri qalır. Məqsədimiz bu standartlara istiqamətlənməkdir. Nəticə etibarı ilə istehsal etdiyimiz məhsulları o ölkələrə ixrac edə bilək. Çünki potensial səviyyəni yüksəltməyə tam imkan verir.

Mahir Hacıyev - Heyvandarlıq Elmi-Tədiqat İnstitutunun direktoru:  Heyvandarlığın inkişafında innovativ sistemlərin tətbiqi, yemləmə sahəsinin təkmilləşdirilməsi, heyvanların bəslməməsində daha çox yeniliklrin tətbiqi istiqamıətində işlərin aparılması nəzərdə tutulur. İri komplekslərdə artıq yemləmə sahəsində həzmedicilik qabiliyyətinin yüksəldilməsi heyvanların yem istehsalında maksimum məhsuldarlığını nəzərə alaraq bu gün də ölkədə innovativ sistemlər tətbiq olunur

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu gələcəkdə xidmət sahəsini artrıraraq yemlərin kimyəvi tərkibinin öyrənilməsi və rasionların tutulmasını təşkil edəcək. Hazırda fermerlər heyvanların saxlanması, yemləmə sahəsində qarşılaşdıqları hər hansı çətinliklə bağlı institutun mütəxəssilərinə müraicət edə bilərlər.