• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 18.09.2019 12:11

Futbolçunun evini qarət edən şəxslər tutulub

KepezTV Player

Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində futbolçu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər - Qazax rayon sakinləri, əvvəllər məhkum edilən Nicat Vəliyev və əvvəl məhkum olunmayan Anar Mahmudov tutulub.Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir. Onların əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyə olunur. Qeyd edək ki, futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefon oğurlanıb.