• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 10.09.2019 17:20

Kəndlər üçün odun tədarükü...

KepezTV Player

Qazlaşdırılmayan ucqar dağ kəndlərinin odun yanacağı ilə təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi Regional Meşə Təsərrüfatı Mərkəzlərinə, soyuqların düşməsinə qədər yaşayış məntəqələrinin əhalisinin odunla təmin olunmasına dair göstəriş verib. Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi də rayonun qazlaşdırılmayan kəndlərin əhalisinə eləcə də təhsil, səhiyyə və digər dövlət müəsisələrini yanacaqla təmin etmək üçün lazımı odun tədarükü görüb. Odunlar mərkəzin əməkdaşları tərəfindən meşə ərazisində aparılan monitorinq nəticəsində aşkar olunan quru və inkişaf dövürünü başa vuran ağaclardan əldə olunur. Anbarlara tədarük olunan odunu dəyərini ödəmək şərti ilə əhali və qeyri əhali qrupu əldə edə bilər. Mərkəz hər il orta hesabla 3 min kub metr odun tədarük edir ki, bu da qazlaşdırılmayan kəndlərin yanacaq tələbatının ödənilməsinə kifayət edir. 1 kub metr odun əhali qrupu üçün 18 manat 44 qəpik, qeyri əhali qrupu üçün isə 26 manat 70 qəpik təşkil edir. Satışlar dekabırın 31-nə kimi davam etdiriləcək.

Elton Zərgərov Sarısu kənd sakini:Göygöl rayonunun Sarısu kəndində yaşayıram. Hər il gəlib qış yanacağımız üçün gəlib meşə idarəsindən, dövlət rüsumunu banka ödəməklə 3 kub odun almışam. İndi də gəlmişəm 2 kub almağa. Çox rahatdır, dövlətin rüsumu nədir onu verib odunumuzu, yanacağımızı gəlib aparırıq.

Nəriman Alışanov Üçbulaq kənd sakini:Üç bulaq kəndindən gəlirəm. Biz hər il gəlib meşə idarəsindən 3 kub odun alırıq.  Odunun pulunu da banka keçiririk. Bu gündə  gəlmişəm 2 kub əlavə odun alam.