Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başlayıb. Ümumilikdə respublika üzrə 32 yerdə aksiya keçirilir. Gəncədə qanvermə aksiyası bu gün səhər saat 9-dan İmamzadə dini kompleksində təşkil olunub. Donorlar qeydiyyata alındıqdan sonra 56 nəfərlik tibbi heyət onlardan qan götürür. Tədarük olunan qan isə irsi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Ümumilikdə Gəncədə 78 nəfər aktiv talasemiyalı xəstə var ki, onlara ay ərzində 2 dəfə qan köçürülür. Aksiyada Gəncə ilə yanaşı ətraf rayonların sakinləri də iştirak edirlər. Növbəti 40 gün ərzində isə arzu edən şəxslər Mərkəzi Qan Bankının Gəncə bölməsində qan verə bilərlər.
Tahirə Məmmədova Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri:Könüllü sürətdə əhali gəlib iştirak edir. İndiyə kimi 275 nəfərdən qan götürmüşük.Aksiya davam edir. Camaat gəlib qan verirlər.Respublikamızda talesimiyyalı, hemofilyalı xəstələr çoxdu. Bizdə bu qanları onlar üçün götürürük. Görülən qanlar laborator müayinədən sonra istifadə üçün verilir.
- Baxış: 436