Gəncədə daha bir güləş zalı təmirdən və müvafiq ləvazimatlara təhciz olunduqdan sonra idmançıların ixtiyarına verilib. Zal Gənclər və İdman Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin tərkibində Poçt qəsəbəsində açılıb. Burada məşq qruplarında müxtəlif yaş qruplarından olan pəhləvanlar güləş hər 3 növü - sərbəst, yunan-roma və qadın güləşi ilə müntəzəm məşğul ola biləcəklər. Zalın açılış mərasimində idmanın hərtərəfli inkişafına təkan verən amillər arasında ilk növbədə uyğun şəraitin, maddi-texniki bazanın yaradılmasının vacibliyindən danışılıb. Şəhərin idman ictimaiyyətinin nümayəndələri sağlam və vətənpərvər gənclərin, yeni nəsil güləşçilərin, Toğrul Əsgərovun davamçılarının yetişəcəyinə inamlarını ifadə ediblər.
Azad Rəfi
- Baxış: 1146