• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1897
— 06.09.2019 15:37

Qida təhlükəsizliyi ilə bağlı təqdimat

KepezTV Player

“İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsinə start verib. Layihə çərçivəsində nəzərdə tutulan ilk təqdimat Gəncədə baş tutub.

Cəmiyyətdə qida təhlükəsizliyinin əsas aspektləri ilə bağlı maarifləndirmə işinin aparılması vacib nüanslardandır. Yeni layihənin reallaşdırılması da məhz bu məqsədə xidmət edir. Hədəf əhali arasında “sağlam qida” şüarının məntiqi “açarını” təbliğ etməkdir.

Emil Əkbərov - “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İB-nin sədri: Bu gün biz “sağlam qidam.az” saytının təqdimatı üçün Gəncəyə gəlmişik. Sağlam qida ilə bağlı hətta dövlət tərəfindən qurum yaradılıb. Çünki, insanlar ilk növbədə sağlamlıqlarının qeydinə qalmalıdır, o nə yeyib-içdiyini bilməlidir. Sağlam qidanı hökmən təmin etməlidir.

Təqdimat mərasimində informativ videoçarx nümayiş etdirilib. Layihə çərçivəsində hazırılanan www.qidam.az saytı 2 ay müddətində ərsəyə gəlib və yaxın zamanda istifadəyə veriləcək. Qarşıya qoyulan məqsəd qida təhlükəsizliyi prinsiplərinin pozulduğu təqdirdə cəmiyyətə dəyən zərərin elmi izahını vermək, bu sahədə beynəlxalq təcrübəni ölkəmizə tətbiq etməyin yollarını araşdırmaqdır.