• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1110
— 06.09.2019 15:20

Gəncənin 5 məktəbi “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq

KepezTV Player

2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək. Layihəyə yeni qoşulan 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir. 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.