• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 26.08.2019 12:16

Xuliqanlıq və oğurluqlar törətməkdə təqsirli bilinir

KepezTV Player

Şiddət mənəvi zəifliyin ən böyük göstəricisidir. Hələ bu, qadına qarşı edilirsə. Nə yaxşı ki, qanun bu zəifliyi ona sahib olanlara bağışlamır. Keçmiş həyat yoldaşına və onun həmkarına qarşı xuliqanlıq edib, xəsarət yetirən şəxs də ədalət qarşısında cavab verməli olacaq. Şübhəli bilindiyi digər cinayət hadisələri də var. Təfərrüatları izləyək.
Paytaxtın Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən Səfurə Bayramova Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinə şikayət edərək iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman keçmiş həyat yoldaşı, Məhəmməd Bayramovun hücumuna məruz qaldığını bildirib. Beyləqan rayon sakini Məhəmməd Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edib, onlara xuliqanlıq zəmində xəsarət yetirdiyi mağazanın müşahidə kameraları vasitəsilə də lentə alınıb. Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bayramov paytaxt ərazisində saxlanılıb. Onun başqa cinayətlər törətdiyi də məlum olub. Müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus “Niva” markalı avtomobildən 372 manat pul, maşına aid sənədlər və 1 ədəd mobil telefon oğurlayıb. Bu hadisə də təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Bayramov həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları götürməkdə təqsirləndirilir. Onun yaşadığı evə baxış zamanı oğurluq əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.