• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 24.08.2019 16:17

Şahmatçıların Gəncə yarışı başa çatdı

KepezTV Player

Gəncədə şahmat üzrə kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub. Mükafatlar uğrunda 14 şəhər və rayonun 50 şahmatçısı qüvvəsini sınayıb. Kişilərin yarışında 38 iti zəka sahibi 1-ci dəstəyə vəsiqə qazanmaq üçün 3 yer uğrunda bacarığını ortaya qoyub. Oyunlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Nəticələrə əsasən, sumqayıtlı Rasim Eyvazov 7,5 xalla Gəncə yarışınını qalibi adını qazanıb. Zəriflərin birinciliyində isə 12 şahmatçı İsveçrə sistemi üzrə 7 turda mübarizə aparıb. Qadınlar arasında Neftçala təmsilçisi Aytən Səfərova 7 xalla yarışın baş mükafatına yiyələnib. 

 

Azad Rəfi