• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1836
— 23.08.2019 12:26

Siyahıyaalmaya hazırlıq gedir

KepezTV Player

İndiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırki siyahıyaalmada aktiv iştirak həyati vacib dərəcədə əhəmiyyətlidir. Siyahıyaalma prosesində hər birimizin faydalı əməkdaşlığı yaşadığımız cəmiyyətin inkişafı naminə ödəyə biləcəyimiz mənəvi borcla yanaşı, yerinə yetirməli olduğumuz məcburi öhdəlikdir. Məhz belə əməkdaşlıq nəticəsində toplanan mötəbər məlumatlar əsasında qurulacaq gələcək həyatımız bizim siyahıyaalmaya olan ciddi münasibətimizdən asılıdır. Bu fikirlər Şəmkirdə 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin müzakirəsi zamani seslendirilib. Siyahıyaalma ilə əlaqədar rayonda Komissiya yaradilib. Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər yerinə yetirilib.