Gəncədə şəhər rəhbərliyi ilə sakinlərin növbəti səyyar qəbulu Hacıkənd qəsəbəsində baş tutub. İcra başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov qəsəbə sakinlərinin problemlərini dinləyiblər. “Açıq mikrofon” şəraitində keçən səyyar qəbulda sakinlər Hacıkənddə aparılan abadlıq-quruculuq, yolların təmiri işlərinə görə təşəkkürlərini bildiriblər. İşlə təminat, yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, sənədsiz ev və təssərüfatların rəsmiləşdirilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Qəsəbədə olan problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
- Baxış: 836