• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 15.08.2019 15:47

Gəncədə daha bir yol istifadəyə hazırlanır

KepezTV Player

Yaxın günlərdə Gəncənin daha bir prospekti əsaslı təmirdən sonra istifadəyə veriləcək. Söhbət Nəriman Nərimanov prospektindən gedir. Əhalinin kommunal problemlərinin həlli üçün həyata keçirilən infrastruktur layihələrin yekunlaşdığı küçə və prospektlərin yenilənməsi prosesi Nərimanov prospektində də başa çatmaq üzrədir. Su və kanalizasiya xətlərinin çəkilişinin  yekunlaşdığı prospekt asfaltlanmaya hazırlanır. Son tamamlama işləri aparılan 6 km-ə yaxın olan yolun kənarlarına səki daşları düzülür avtomobillərlə yanaşı piyadaların da rahat hərəkəti nəzərə alınır. Gündüz saatlarında olduğu kimi gecə də hərəkətin normal və təhlükəsiz olması üçün əraziyə yeni işıqlandırma sistemləri quraşdırılır.