Gəncədə ilk dəfə olaraq “Nağıl atelyesi” adlı tədbir keçirilib. Uşaqların dünya görüşünün və psixikasının inkişafına yönələn layihənin məqsədi azyaşlıları kompyüter və ağıllı telefonlardan uzaqlaşdırmaqdır. Bunun üçün nağıllar psixodram və nağıl adlı iki hissəyə bölünür. Burada uşaqların təxəyyülünü işlədərək danışılır. Nağıllarda baş verən hadisələr iştirkaçıların köməyi ilə icra edilir. Gəncə SOS uşaq kəndinəsığınan uşaqlara evdəki əşya və ərzaqlardan əl işlərinin hazırlanması da öyrədilib. Eyni adlı layihə Bakıda artıq yanvar ayından icra olunur.
Nəsimi Ələkbərli - Gəncə SOS Uşaq Kəndinin direktoru: Uşaqlar bizim təşkilata düşmədən öncə müəyəyn psixoloji problemlərlə üzləşmişlər. Müəyyən sarsıntılar keçiblər. Təlimlər vasitəsilə biz çalışırıq ki, uşaqları o sarsıntılardan uzaqlaşdıraq. Ictimaiyyətə cəmiyyətə faydalı vətəndaş böyüdək. Uşaqlar bu tədbirə diqqətlə yanaşırlar. Hətta böyüklərin də marağı oyanır.
- Baxış: 1034