• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4467
— 14.08.2019 12:10

DYP Şəmkirdə kütləvi tədbir keçirdi

KepezTV Player

Bayram günlərində avtomobillərin təhlükəsiz hərəkətini və vətəndaşların rahat mənzil başına çatmasını təmin etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə proflaktik tədbirlər həyata keçirib. Şəmkir rayonunda keçirilən reyd zamanı əsas hədəf kimi sükan arxasında sərxoş əyləşən sürücüləri aşkarlamaq olub. Şəmkir-Gədəbəy yolunda aparılan yoxlamalar zamanı bir çox sürücülərin spirtli içki qəbul edərək sükan arxasında əyləşdiyi müəyyən edilib. Heç şübhəsiz belə sükan sahibləri barəsində qanuna müvafiq qaydada tədbir görülüb. Ümumilikdə yoxlamalar zamanı müxtəlif qayda pozuntularına görə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. 5-dən çox sürücünün sükan arxasında sərxoş əyləşdiyi müəyən edilib. Diqqət çəkən məqam isə həkim narkoloq tərəfindən  sərxoşluğu müəyyən edilən bəzi sürücülərin müxtəlif bəhanələrlə spirtli içki qəbul etməsini inkar etməsi olub.

Natiq Hüseyn