• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4558
— 05.08.2019 18:11

Ana ilə oğlu döyülüblər

Şəkinin Aşağı Göynük kəndində keçirilən toy mərasimində dava düşüb, ana ilə oğlu xəsarət alıblar. 32 yaşlı Mahir Mustafayev və 60 yaşlı Qəndavət Mustafayeva Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Onların toyda tanıdıqları şəxs tərəfindən döyüldükləri məlum olub. Tibbi müdaxilədən sonra Qəndavət Mustafayeva ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Mahir Mustafayev isə xəstəxanadadır.