• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 05.08.2019 12:34

Yol polisləri mənşəyi məlum olmayan ət məhsulları aşkarladı

KepezTV Player

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Qida Təhülkəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə qarayara xəstəliyinə qarşı mübarizə tədbirləri çərçivəsində uğurlu əməliyyat keçiriblər. Yol Patrul Xidməti Alayının 8-ci tağımının xidməti ərazisində aparılan reyd zamanı sərnişin daşıyan avtobusda xeyli miqdarda mənşəyi məlum olmayan heyvanların daixli orqanları aşkarlanıb. Gecə saatlarında Yevlax rayonu ərazisində aşkarlanan faktın əməkdaşımız Natiq Hüseyn də şahidi olub. Hazırladığı videomaterialda daha ətraflı tanış olacaqsız.

Görüntülər Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yevlax rayonu ərazisində keçə hissəsində keçirilən yoxlamalar zamanı qeydə alınıb. Gəncədən-Bakıya sərnişin daşıyan avtobusu saxlayan yol polislərinin diqqətini nəqliyyat vasitəsindən gələn üfünüətli qoxu çəkib. Hadisə yerinə gələn Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə birgə avtobusun yük yerinə keçirilən baxış zamanı oradan 80 kiloqrama yaxın mənşəyi məlum olmayan heyvanların daxili orqanları aşkarlanıb.

Natiq Cəfərov - inspektor: Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 8-ci tağımının Yevlax rayonu Qarxun kəndi ərazisində yerləşən 722 saylı stasionar postunda Qida Təhlükəsziliyi Agentliyinin əməkdaşları ilə birgə yoxlama keçirən zaman tərəfimizdən 10 CH 656 dövlət qeydiyyat nişanlı “IKARUS” markalı avtomobil tərəfimizdən saxlanıldı. Yoxlama zamanı həmin avtomobilin yük yerindən mənşəyi məlum olmayan ət məhsulları çıxdı.

Yükün sahibi İsrafil Məmmədov həmin məhsulları Gəncə və ətraf ərazilərdən aldığını bildirib və qəsablardan aldığı heyvan içalatını paytaxta yaşayan dostunun itinə yem olaraq göndərdiyinə əmin etməyə çalışıb.

İsrafil Məmmədov - məhsulun sahibi: Yaxın dostumuz var o it saxlayır. Sadəcə olaraq ehtiyac olanda lazım olanda deyir belə yığıb göndəririk. Nə bilim iki aydan üç aydan bir göndəririk. Lazım olan vaxtlar göndəririk.

İsrafil Məmmədovun mənşəyi məlum olmayan məhslları itə yem məqəsdi ilə göndərməsinin doğru olub-olmadığı araşdırmaların nəticəsində bəlli olacaq. Qida Təhlükəsizliyi Agentliyinin müətəxəssisləri tərəfindən aktlaşdırılaraq məhsullardan götürülən nümunələr qurumun laboratoriyasına göndərilib.  

Natiq Hüseyn