• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4436
— 02.08.2019 16:39

Qətlə görə axtarışda olan şəxs saxlanılıb

KepezTV Player

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən qətlin üstü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına əsasən, iyulun 22-də Gədəbəy rayon sakini 60 yaşlı Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin ailə üzvləri tərəfindən aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini 39 yaşlı Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nuriyev Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunub. O, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.