• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1958
— 01.08.2019 12:19

Oğurluqda təqsirləndirilənlər saxlanıldılar

KepezTV Player

Gəncədə Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki 1 evdən televizor və 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Bağırov tutulub. Bundan başqa, mayın 10-da Gəncə ərazisində 1 avtomobildən mobil telefon, sənəd, spirtli içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Həsənov saxlanılıb. Bütün faktlar üzrə araşdırmalar davam etdirilir.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyulun 29-da şəhər ərazisində yerləşən bazarda şəhər sakini A.Cəfərovaya məxsus, içərisində 3360 manat və bankomat kartları olan pul kisəsinin soyğunçuluq yolu ilə oğurlamaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş S.Məmmədov saxlanılıb.