KepezTV Player
Bütün güləş millilərimiz kimi sərbəst növdə də pəhləvanlarımız böyük yarışların hazırlığını Göygöldə keçir. Ötən həftədən yerli Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayan yığmamız dünya çempionatına hazırlaşır. Məşqlərdə əsas komandanın bütün aparıcı üzvləri iştirak edir. Fiziki çalışmaların üstünlük təşkil etdiyi hazırlıqda komandanın heyətində 15-ə yaxın güləşçi yer alıb. Təlim-məşq toplanışı avqustun 4-dək davam edəcək.
Orxan Cəfərzadə
- Baxış: 1107