• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 20.07.2019 16:42

Baldan da qiymətli, tanımadığımız arı məhsulu...

KepezTV Player

Arı məhsullarından bəhs etdikdə, nədənsə əksəriyyətimizin ağlına ilk olaraq bal gəlir. Nə dadından, nə də faydasından danışmaqdan doymadığımız bal sən demə, heç də qiymətli arı məhsulu deyil. Mütəxəssislər hesab edir ki, tərkibinin zənginliyinə görə o, az sonra haqqında bəhs edəcəyimiz məhsul ilə müqayisəyə belə gəlməz. Söhbət, konkret olaraq, nədən gedir? Bu sualın cavabı video-materialımızda yer alır, diqqət ekrana..

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü: İnsanların bir günə vitaminə olan tələbatını balla qarşılaya bilmirlər. Çünki balın tərkibində vitaminlər olduqca azdır. Digər arı məhsulları var ki, onların tərkibindəki vitaminlər balın tərkibindən daha zəngindir. Buna misal olaraq, zabrusu göstərə bilərik. Onun tərkibindək faydalı elementlər, antioksidantlar süzmə balın tərkibindən 15 dəfə güclüdür.

Tanımadığımız arıçılıq məhsullarından biri olan zabrus əvvəllər xalq təbabətində geniş istifadə olunub. Adi mumdan fərqlənən, arının şanı suvadığı xüsusi mum olan zabrusa bəzi arıçılar “balın qaymağı” deyirlər. Tərkibi vitamin, zülal və mikroelementlərlə zəngin olan sözügüdən məhsul bir sıra xəstəliklərin müalicəsində olduqca faydalıdır.

İlqar Rəhimov Azərbaycan Arıçılar Assosiasiyasının üzvü:  Ağız boşlu, dişlər, udlağın infeksiyası, farengit, larengit kimi xəstəliklərin mülaicəsində effektiv nəticələr verir. Zabrusdan istifadə zamanı onu 15 dəqiqə ağızda çeynəmək lazımdır ki,  tərkibindəki faydalı maddələr ağız suyu ilə sorulsun və udulsun.

Zabrusu bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qana, limfaya və hüceyrəarası mayeyə keçir. Balın qaymağından mütəmadi istifadə orqanizmdə maddələr mübadiləsini sürətləndirir, bir sıra tənəffüs sistemi xəstəliklərini aradan qaldırır, uzunmüddətli immunitet yaradır. Zabrusun xüsusilə, güclü zökəm, haymorit, astma, bronxit, angina,yuxarı tənəffüs yollarının iltihabı və rinitdən əziyyət çəkən insanlar üçün 10 gün müddətində qəbulu effektiv nəticələr verir.