Yeniyetmə yunan-Roma güləşçilərdən ibarət milli komandanın Göygöldə təlim-məşq toplanışı başa çatıb. Pəhləvanlar burada Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlaşıblar.
Yerli Olimpiya İdman kompleksində təxminən iki həftəyə yaxın davam edən toplanışda yığma komandanın tərkibində 20-dən çox güləşçi yer alıb. Müxtəllif çəkilərdə yeniyetmələr arasında Avropa və dünya çempionlarının iştirak etdiyi hazırlıq əsasən fiziki məşqlər üzərində qurulub. İdmançıları fərqli tərzdə çalışmalarla yükləyən məşqçilər korpusu Olimpiya Festivalında yaxşı nəticə əldə edəcəklərinə inanır.
Təlim-məşq toplanışından danışan milli üzvləri Göygöldəki hazırlığın nəticəsi olaraq Olimpiya Festivalında uğur qazanmaq niyyətindədirlər.
İyulun 21-də start götürəcək Avropa Gənclər Yay Olimpiya Festivalında yunan-Roma güləşi millimiz 6 çəkidə eyni sayda idmançı təmsil olunacaq. Bu yarışın ardınca güləşçilər avqustun əvvəlində dünya birinciliyinə yollanacaqlar.
Orxan Cəfərzadə
- Baxış: 502