• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2170
— 19.07.2019 12:30

Şəmkirdə ziyalılara medal, gənclərə isə sertifikat təqdim olunub

KepezTV Player

“Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin təntənəli şəkildə qeyd edilməsi qədim və zəngin dövlətçilik ənənələrinin bu gün də yaşadıldığının bariz nümunəsi idi.  2018-ci ildə Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkəmizin hər yerində mühüm tədbirlər keçirildi”. Bu fikirlər Şəmkir rayonunda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının təqdimat mərasimində səsləndirilib. Cümhuriyyəti tariximizin ən parlaq səhifəsi adlandıran natiqlər müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıblar. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verib. İkinci dəfə əldə edilən dövlət müstəqilliyinin xalqın xilaskarı Heydər Əliyevin müdrik siyasəti sayəsində qorunub saxlanıldığı, ölkəmizin inkişaf strategiyasının müəyyən edildiyi diqqətə çatdırılıb. Tədbirdə ölkə prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunan rayon ziyalılarına mükafatları təqdim edilib. Həmçinin tədbir çərçivəsində müxtəlif idarə və təşkilatlarda, eləcə də rayon icra hakimiyyətində könüllü kimi fəaliyyət göstərən gənclərə sertifikatlar verilib. Qeyd olunub ki, gənclərin müxtəlif dövlət orqanlarında könüllü kimi çalışmaları onların gələcək karyeraları baxımından mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova - millət vəkili: Ən birincisi onlar üçün təcrübə toplamaqdır. Hansısa peşələrlə tanış olmaqdır. Bunların bu gün könüllü kimi işlədikləri yer gələcəkdə onlar üçün peşə seçimində çox böyük kömək olacaq.

Natiq Hüseyn