• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 18.07.2019 12:34

100 kq yararsız ət aşkarlandı

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri monitorinq zamanı Gəncə şəhəri ərazisində Babək Kazımova məxsus avtomobilin yük yerində 1 baş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə, ətin qansızlaşdırılmasının düzgün aparılmadığı müəyyən edilib.Ümumi çəkisi 100 kq olan, insan istehlakı üçün istifadəyə yararsız, mənşəyi naməlum ətin ölmüş heyvana məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.