• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 12.07.2019 20:38

ADAU-da imtahan sessiyasının nəticələri müzakirə edilib

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Elmi Şuranın 2018/2019-cu tədris ilinin yekunlarına həsr olunan geniş iclası keçirilib. Ümumilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50 illiyi, ulu öndərin Azərbaycan elminin inkişafındakı müstəsna xidmətləri, hesabat dövründə universitetdə görülən işlər və imtahan sessiyasının nəticələri müzakirə edilib. Ali təhsil ocağının rektoru İbrahim Cəfərov vurğulayıb ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi ölkə tarixində dönüş nöqtəsi olub. Qeyd edilib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf təhsil sektorunda da özünü göstərir. Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elmi Şuranın iclasında bütün fakültələr üzrə imtahan sessiyasının uğurla başa çatdırıldığı vurğulanıb, universitet və fakültələrin iş planlarının təsdiqi, professor-müəllim heyətində vəzifələrin tutulması və cari məsələlər müzakirə edilib.