• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 11.07.2019 20:33

Azərbaycanda İsrail təcrübəsi sınaqdan keçirilir

KepezTV Player

Respublikanın müəyyən bir hissəsi xüsusən Şirvan bölgəsi şoran və şorakəndləşmiş torpaqlardır. Bunu nəzərə alan mütəxəssislər yerli iqlim şəraitində uyğunlaşan pambıq sortlarınının toxumlarını xarici sortlarla müqayisəli şəkildə duzlu muhitdə əkib. Əsas məqsəd mövcud şoran torpaqlar üçün sortların seçilməsidir.

Elçin Xəlilov BMTBETİ-nin direktor müavini:İlkin olaraq burada 3 xarici 3 yerli sort götürülüb. Müqayisəli şəkildə şoranlığa qarşı davamlılıq dəqiqləşdirilir. Əsas məqsədimiz odur ki, yerli sortların davamlılığı daha dəqiq olsun. Çünki onlar yerli torpaq iqlim şəraitinə uyğunlaşan sortlardır. Onların şoran və şorakəndliyə davamlılığı gələcəkdə ölkə üçün pambıqçılığın inkişafı üçün mühüm rol oyanayacaq. İlkin nəticələr göstərir ki, yerli sortlar uyğunlaşa bilər

Təcrübədə, torpaqların fonuna uyğun olaraq, NaCl ilə dəniz duzuna yaxın mühit yaradılıb. Bitkilər NaCl məhlulu ilə 5 mərhələdə suvarılacaq. Artıq əkilən toxumlara bir dəfə duzlu su verilib.

Səbuhi Eldarov Genofond laboratoriyasının böyük elmi işçisi:Toxumlar əkilməmiş, birinci əsas yarpaq, 3-4-cü əsas yarpaq, 6-cı 7-ci əsas yarpaq əmələ gələndə və qönçələmnin əvvəli. Biz bunları dəniz duzu ilə suvarırıq. Sonrakı proseslərdə bitkilərdə gedən fizioloji proseslər laboratoriya şəraitində yarpaqlardan götürülən nümünələr əsasında bunlar analiz olunacaq. Hansı sortun daha yüksəlk şoranlığa davamlılığı sonrakı etaplarda müəyyən olunacaq və bu respublika üçün məsləhət görüləcək ki, şoran və şorakənd torpaqlarda bu sortların yayılmasını önəm veriləcəkdir

Qeyd olunan üsul İsraildə əsasən istixana şəraitində əkilən tərəvəz bitkilərində tətbiq olunur. Mütəxəssislər yalnız pambığın deyil, xüsusən tərəvəzlərdə də bu üsulun uğurlu nəticə verəcəyini düşünürlər.