• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6958
— 11.07.2019 12:33

Bu il kartof bol olacaq

KepezTV Player

Respublikada kartof toxumçusu kimi tanınan Əli İsmayılovun təsərrüfatı bu il rayonun Saratovka kəndi ərazisində 22 hektar sahədə yüksək reproduksiyalı toxumlarla əkini aparıb. Havaların həddindən artıq quru keçməsinin dəmyə sahələrində məhsuldarlığa mənfi təsiri nəzərə alınaraq sahələrdə müasir suvarma sistemləri qurulub.

Rafiq Hüseynov aqronom:Gədəbəy rayonunda əsasən dəmiyə kartof istehsal olunur. Bizdə də ki, quraq olanda birgi  məhv olmaması üçün suvarmadan istifadə edirik və məhsul bol olur. Hazırda kartof çiçəkləmə dövründədir sentyabrın ortalarında da yığıma start verəcəyik.

Oqtay Xəlilov fermer:Ötən il 12 hektar əkmişdik, məhsuldarlıq hava şəraitini qeyri sabit keçməsi ilə əlqədar olaraq hər hektardan 40 ton məhsul götürdük. Gədəbəy rayonunda bizim kimi sahələrdən bol məhsul götürən yoxdur. Bizdə bütün müasit texnologiyalardan istifadə olunur və toxumun ən yaxşısı əkilir.

Nümunəvi təsərrüfatda bu il hava şəraiti imkan verərsə, hər hektardan 60 ton məhsul götürülməsi proqnozlaşdırılır. Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayon üzrə 10 min 377 hektar sahədə kartof əkilib. Ümumilikdə isə hər hektardan 120 sentner məhsul götürülməsi nəzərdə tutulur.

Asəf Nağıyev Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru:Kənd təsərrüfatçılarına dövlət tərəfindən kifayət qədər qayğı göstərilir. Taxıl və kartof əkənlərə cəmi 2002 min manat subsidiya veriləcəkdir. Hazırda havaların normal keçməsi deməyə əsas veriri ki, bu il ötən ilə nisbətən məhsul əldə olunacaqdır. Yığım kampaniyasında da məqsəd sahələrdən kartofu itgisiz yığıb bazarlara çıxarmaqdır.

Gədəbəy kartofunun əsas satış yeri daxili bazar hesab olunur. Məhsulun yığımına isə avqustun sonu, sentyabrın əvvələrindən başlanılacaq.

Xaliq Qurbanlı