• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2258
— 11.07.2019 12:34

Yeni yol mədəniyyətin göstəricisidir

KepezTV Player

Hər bir xalqın mədəniyyəti yoldan başlayır. O, həm iqtisadi inkişafın, həm də sosial rifahın göstəricisidir. Şəmkir rayonunda da yolların yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir. Kəndlərarası yollarla yanaşı, Bakı-Qazax magistralını rayon mərkəzi ilə birləşdirən alternativ yol təmir edilir.

Zəmanə Əhmədova sakin: Əvvəlcə yollarımız çox pis vəziyyətdə idi. Maşınlar işləmirdi. Bazara gedib gəlməyə maşın tapmırdıq. İndi çox sağ olsunlar asafalt ediblər. Tozdan, palçıqdan canımız qurtarıb.

Şəmkir rayonunda digər sahələr kimi yol infrastrukturunda da təmir-tikinti, yenidənqurma işləri geniş vüsət alıb. Nəticədə şəhərin görkəminin müasirləşməsi ilə yanaşı, nəqliyyat axınında sıxlığın azaldılması da təmin olunur.

Ceyhun Qəribov sakin: Əliyaqublu, Çaparlı kəndlərinin sakinlərinin hamısı bu küçədən istifadə edirlər. Bir neçə ildir biz bu küçədə həqiqi mənada əziyyət çəkirdik. Yolumuz çox bərbad vəziyyətdə idi. Bugünkü gün, Allah canlarını sağ etsin, böyük təşəbbüs edib bu küçəni düzəldirlər.

Posanlı yaşayış massivində ümumi uzunluğu 3 kilometrə yaxın yeni yolun inşası Bakı-Qazax magistralında sıxlığı aradan qaldırmış  olacaq. Yeni salınan yola alt və üst lay olmaqla 2 qat asfalt döşənir. Fərdi yaşayış evləri yerləşən hissədə sakinlərin rahat hərəkətini təmin etmək məqsədilə səkilər təmir edilir. Eyni zamanda, yolun kənar hissəsində 600 metr uzunluğunda müasir standartlara uyğun beton su arxları quraşdırılır. 

Pərviz İbrahimov Şəmkir şəhər icra nümayəndəsi: Beynəlxalq tədbirlər məkanına çevrilən Şəmkirdə avtomobil yollarının səliqəli, rahat və gözoxşayan olması şəhərimizə təşrif buyuran qonaqlarda xoş ovqat yaratmaqla yanaşı, sürücülərin də sevincinə səbəb olur. Şəmkir Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərimizin Posanlı yaşayış massivində şəhərlə İpək yolunu birləşdirən ərazidə aparılan təmir-tikinti işləri də bu qəbildəndir.

Şəmkir rayonunun mərkəzində yol təsərrüfatının yenidən qurulması istiqamətində işlər qarşıdakı aylarda da davam etdiriləcək.

Natiq Hüseyn