Vətəndaşlar 4 dövlət qurumunun təqdim etdiyi, eləcə də fuksional yardımçı xidmətlərdən asan və rahat şəkildə yararlanmaq imkanı yaradılıb.
Dağ rayonu olan Gədəbyin sakinlərinin Daxili İşlər, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin xidmətləri üçün Gəncəyə gəlmələrinə ehtiyac qalmayıb. Gəncə ASAN Xidmət Mərkəzinin əməkdaşları iyulun 1-dən etibarən bu rayonda səyyar şəkildə fəaliyyət göstərirlər. Sakinlər yüksək xidmətdən, müracətlərinin tez və asan şəkildə həll olunmasından məmnundurlar.
Səyyar ASAN-da vətəndaşlara şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı barədə arayışların verilməsi, daşınmaz əmlak üzrə əməliyyatların qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və digər xidmətlər göstərilir. Bu günə qədər mindən artıq müraciət qeydə alınıb.
Gədəbəydə “ASAN Xidmət”-in səyyar avtobusunda tibb, tərcümə, “Azəriqaz” tərəfindən göstərilən xidmətlər, eləcə də cərimələrin ödənilməsi və digər funksional yardımçı xidmətlər də göstərilir.
- Baxış: 501