• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1492
— 08.07.2019 20:32

Mutant pambıq toxumları əkilib

KepezTV Player

Pambıq bitkisində xəstəliklərə, quraqlığa, şoranlığa davamlı yeni mutant xətlərin alınması üzrə Ucar rayon Şirvan təcrübə və Samux təcrübə stansiyasında sınaqlar gedir. Samuxda xəstəliklərə, Ucarda isə şoranlığa və quraqlığa davamlığına görə tədqiqat işləri aparılıb. Toxumlar Radiasiya Problemləri İnstitutunda 3 dozada şüalandırılaraq sahələrə əkilib, proses zamanı heç bir dərmandan istifadə edilməyib. Mutant toxumlar üzrə artıq ilkin nəticələr var.

Nizami Hüseynov BMTBETİ-nin aparıcı elmi işçisi: Gəncə 78 və Gəncə 80 sortlarında tədqiqat işləri qoyulub. Hər variantda 3 dozada. 150-300-450 qrey. 450 qrey olan tədqiqat işlərində şüanın çoxluğundan toxumun rüşeymində müəyyən dəyişikliklər olub. Hazırda da ona görə çıxış zəifdir. Bu normal sayılır. Növbəti təqiqat ilində həmin sahələrdən götürülmüş toxumlar ikinci nəsil olaraq yenə həmin sahələrə əkilir, seleksiya prosesi bunu göstərir. 8-10 ilə nəticə almaq mümkündür.

Anoloji üsul daha əvvəl Türkiyə, Yunasıtan və Pakistanda tətbiq olunub və müsbət nəticələr əldə edilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun apardığı tədqiqatlarla respublikada xəstliklərə davamlı yeni məhsuldar pambıq sortları yaranacaq.