Əksəriyyət nədənsə azyaşlıların səhhətində müəyyən narahatlıq müşahidə etdikdə, pediatra, daha ağır vəziyyətlərdə isə ümumi cərraha müraciət edir. Əfsuslar olsun ki, bu gün dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda inkişaf etməkdə olan uşaq cərrahiyyəsi sahəsi çoxlarına tanış deyil.
Fuad Məmmədov GBX-nin uşaq cərrahı: Pediatr terapevtdir, yəni o əməliyyat etmir. Amma uşaq cərrahı cərrah olduğu üçün cərrahi xəstəliklərin müalicəsi ilə məşğuldur və cərrahi yolla o xəstəlikləri müalicə edir. Uşaq cərrahiyəsi gənc, inkişaf etməkdə olan bir bölmədir. Ölkəmizdə də uşaq cərrahiyəsi sahəsində ixtisaslaşmış mütəxəssislər az olduğu üçün insanlar bu sahə barədə az məlumatlıdır.
Uşaq cərrahiyyəsi yeni doğulmuş dönəmdən 18 yaşa qədər uşaqların uroloji, qarın və döş boşluğu orqanlarının müalicəsini cərrahi yolla həyata keçirən tibb bölməsidir. Hazırda sözügedən sahə üzrə ixtisaslamış mütəxəssislərin az olması uşaq cərrahiyəsinə olan təlabatı heç də azaltmır.
Fuad Məmmədov GBX-nin uşaq cərrahı:Ümumiyyətlə, hər cür əməliyyatlar icra edirik. Amma daha çox icra etdiyimiz əməliyyatlar uroloji əməliyyatlardır. Böyrək genişlənmələri, sidik axarının qaçması, sünnət, qasıq bölgəsinin cərrahiyəsidir...
Uşaq cərrahlarının icra etdiyi əməliyyatlar sözsüz ki, bununla yekunlaşmır. Onlar həmçinin, mikroskopik usaq androloji əməliyyatlarını həyata keçirir, anadangəlmə uroloji və androloji qüsurları cərrahi yolla birdəfəlik aradan qaldırırlar.
- Baxış: 424