• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 28.06.2019 12:13

Mikelancelo əsərləri Gəncədə

KepezTV Player

YARAT Müasir İncəsənət Məkanı məşhur italyan rəssam Mikelancelo Pistolleto və perspektivli yerli rəssamların əsərlərindən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisini Gəncədə sənətsevərlərə təqdim edib. Sərgi Mikelancelo Pistolleto tərəfindən ərsəyə gətirilmiş “3-cü cənnət” nəzəriyyəsini müzakirə edir.

3 hissədən ibarət “Yenə o bağ olaydı” səyyar sərgisinin 1-ci hissəsində italyan rəssamı Mikelancelo Pistolletonun labirintləri, 2-ci hissədə riyazi simvollar, 3-cü hissədə isə Azərabaycan sənətkarlarının bu nəzəiyyəyə aid olan əsərləri təqdim olunur. “3-cü cənnət” nəzəriyyəsi müasir dünyanın hər bir yerində mövcud olan təbiilik və sünilik kimi iki qütbün ziddiyyətini aradan götürməyə, texnologiylar və təbiət arasında özəl mühitə görə məsuliyyət daşıyan yeni insanlığın yaradılmasına çalışır.

Suad Qarayeva - bədii rəhbər: Bu layihə 3 il öncə başlanılıb və biz artıq 3 rayonda öz sərgilərimizi və təhsil layihələrimizi həyata keçirmişik. Bu 3 il ərzində 30 mindən çox insan bizim layihəlrimizdə iştirak edib və təhsil layihələrimiziə qatılıb.

“Yenə o bağ olaydı” adı təsadüfən seçilməyib. Çünki Bağ – ot-alaqdan təmizlənmiş, əkilib-becərilən,insana tənhalıq və təhlükəsizlik duyğuları bəxş edən bir guşədir. Bu bir parça sözdə sevgi, sülh, azadlıq, xoşbəxtlik hisləri əks olunur. Bu sərgidə təbiət və insanlıq arasında, cənnət və harmoniya konsepsiyalarına malik olan perspektivli Azərbaycan rəssamlarının əsərləri də təqdim edilir. Bu əsərlərdə araşdırma, yaradıcılıq təxəyyülü, fərdi və ictimai düşüncələr ön plana çəkilir.

Anna Feh - kurator: Ümumiyyətlə, Mikayıl Müşfiq və Mikelancelo yaradıcılığının ortaq cəhətləri çoxdur. Sərgiyə “Yenə o bağ olaydı” adının seçilməsinin əsas səbəbi odur ki, Müşfiq bu şeirində bağ anlayışını sevgi, sülh, əmin-amanlıq məkanı kimi araşdırır. Eyni mövzunu italiyalı sənətkar Mikelancelo öz “3-cü cənnət” nəzəriyyəsində araşdırır. “3-cü cənnət”in simvolu riyazi sonsuzluq işarəsinə bənzəyən, sadəcə mərkəzdə üçüncü dairə olan işarədir. Bu dairə ana bətni kimi həm təbəti, həm süniliyi birləşdirən ümumi məkandır.

Sərgidə nümayiş etdirilən “Arzular quyusu”, “Mümkün olmayan heç nə yoxdur”, “Bizim yaratdıqlarımız ətraflarımızdan daha çox bizim özümüzdən danışır” kimi əsərlərinin başlıca qayəsi yüksək texnologiyaların imkanlarına rəğmən təbii harmoniyanın vacibliyinin vurğulanmasıdır. Təqdim olunan digər əsərlər də öz məzmun və mövzusu, işlənmə texnologiyası ilə maraqla qarşılanıb.