• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1925
— 27.06.2019 20:37

"Nəsimi 650" çərçivəsində film nümayişi

KepezTV Player

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən "İmadəddin Nəsimi - 650 illik DƏYƏR" adlı layihə həyata keçirilir. Layihə çərçivəsində "İki aləmdə varım..." adlı, Nəsiminin 11 qəzəlinin peşəkar qiraətçi tərəfindən səsləndiriliş audio kitabı hazırlanıb, həmçinin dahi sənətkarın həyat və yaradıcılığına aid faktları özündə əks etdirən, Azərbaycan və ingilis dilində hazırlanan kitabça çap olunub. YAP Gəncə Şəhər Təşkilatında baş tutan tədbirdə Nəsiminin şəxsiyyətini əsk etdirən, onun dünya və Azərbaycan ədəbiyyatında rolunu izah edən sənədli filmin təqdimatı da baş tutdu. Film yaxın günlərdə internet resursları vasitəsilə ictimaiyyətə də təqdim olunacaq.