KepezTV Player
Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunan tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Respublikada dini durumun sabit olduğu, ölkədə vicdan azadlığının təmin edilməsi, dini icmalara fəaliyyətlərinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərildiyi vurğulanıb.Azərbaycanda din-dövlət münasibətlərinin nümunəvi xarakter daşıdığı, tolerantlıq və multikultural mühitin hökm sürdüyü qeyd olunub. Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilən "Üfüqdəki gələcək" sənədli filmi də nümayiş etdirilib.
- Baxış: 720