KepezTV Player
İyunun 27-dən 30-dək Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında Avropa birinciliyi keçiriləcək. Yarışda milli komandamız da iştirak edəcək. Yığmanın tərkibində 2 gəncəli cüdoçu da qitə birinciliyinə yollanıb. 60 kq-da Turan Bayramov və 44 kq çəkidə Könül Əliyeva yarışın mükafatları uğrunda mübarizə aparacaq. Bayramovun son dövrlər əldə etdiyi nailiyyətlər onun Polşada fəxri kürsüdə yer alacağına daha çox inam yaradır. Turan kimi Könül də perspektivli cüdoçulardan sayılır. Amma xanım tatami ustasının beynəlxalq təcrübəsi az olduğundan, medal qazanmasa da, Avropa birinciliyində iştirak belə ona böyük təcrübə olacaq.
Orxan Cəfərzadə
- Baxış: 563