• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 24.06.2019 15:13

Şəmkirli qadın paytaxtda qəza törətdi

KepezTV Player

Bakıda ağır yol qəzası baş verib. Səbail rayonu ərazisində Şəmkir rayon sakini, 45 yaşlı Sahibət Əsgərova idarə etdiy "Hyundai Santa Fe" markalı avtomobili Zərifə Əliyeva 25 saylı ünvanın qarşısındakı işıqforun dirəyinə çırpıb. Sürət həddi yüksək olduğundan avtomobil dirəyi qıraraq yaxınlıqdakı çinar ağacına dəyib. Hadisə nəticəsində sərnişin, 41 yaşlı Könül Abbaslı yerində dünyasını dəyişib, sürücü və digər iki sərnişin -38 yaşlı Adilə Əliyeva və 15 yaşlı Nərmin İslamova ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Qaxda baş verən yol qəzasında ikisi azyaşlı olmaqla altı nəfər xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstanla sərhəd magistral yolunun rayonun Şıxlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Tasmalı kənd sakinləri - 35 yaşlı Yunus Ramazanov, 30 yaşlı Tehran Məmmədquliyev, 26 yaşlı Azim Qurbanov, Qorağan kənd sakinləri 47 yaşlı Qanbay Zamanov və iki övladı - 8 yaşlı Elbrusla körpə Elgün Zamanovlar xəsarət alıblar. Qanbay Zamanov və övladları vəziyyətləri ağır olduğundan paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

Şamaxıda isə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Hadisə gecə saatlarında Bakı-Şamaxı yolunun Mərzəndiyə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Xəsarət alan 69 yaşlı Əjdər Zeynalov, gəlini Nüşabə Zeynalova və qızı Elmiyə Zeynalova Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Paytaxtda daha bir yol qəzası qeydə alınıb. Gecə saatlarında Nobel prospektində Zığ şosesi istiqamətində hərəkət edən avtomobil yolu keçən piyadanı vurub. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerindən bir qədər aralıda yerüstü piyada keçidi olub, lakin xəsarət alan şəxs həmin keçiddən istifadə etməyib. Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Faktlarla bağlı araşdırmalara başlanılıb.