Qarpız və yemiş. Əsasən bu bostan bitkilərini iyul və avqust aylarında bazarlarda görməyə adət etmişik. Ancaq hazırda piştaxtalarda bu məhsulların satışına rast gəlmək mümkündür. İndi istifadə edildiyi halda zəhərlənmə riskinin daha çox olduğunu nəzərə alan həkimlər ehtiyatlı olmağı tövsiyyə edirlər.
Sərinləşdirici qida kimi istifadə edilən qarpız və yemişi yay mövsümündə təsəvvür etməmək olmur. Lakin vaxtında bu bostan bitkini yemək daha məqsədə uyğun hesab edilir. Belə ki, yetişən qarpıza bıçaq toxunduran kimi partlamalı, qabığının qalınlığı yarım santimetrdən çox, içinin rəngi isə tam qırmızı olmalıdır. Hazırda bazarlarda satışı həyata keçirilən və alıcısı da olan qarpızın kiloqramı 30-40 qəpik, yemiş isə 70-80 qəpiyə təklif olunur.
Gülarə Kazımova - alıcı: Həmişə dədə-babadan deyirlər ki, qarpızı avqust ayından sonra yeyərlər. Ancaq yemiş olar. Dərmana görə uşağa xəstə salır.
Füzuli Məmmədov - alıcı: İndi bu dəqiqə yemək olmaz. Əsas avqust ayında yeyilir. Uşaq ağladığı üçün məndə dedim birini alım.
Azər Hüseynzadə - satıcı: Qarpızı 30 qıpiyə veririk. Kürdəmirdən gətiririk. Məsləhətli qarpızdı. Heç bir şikayətdə yoxdu. Hazırda da stırıq.Gələn müşətrilərdə razılıqla gedir.
Sirac Mərdəliyev - bazar nəzarətçisi: Qarpız yemiş bölgələri ayrılıb. Onlar aşağıda yerləşib. Hər kəs nəqliyyat vastəsi ilə rahat şəkildə alış verişini edə bilirlər.
Bu mövsümdə satılan qarpız və yemişin qəbulu zamanı zəhərlənmə halları baş verdiyi üçün həkimlər ehtiyatlı olmağı məsləhət görürlər.
Əli Quliyev - Gəncə Şəhər Yolxucu Xəstəliklər Xəstəxanasının şöbə müdiri: Üst qabığının sağlamlığına diqqət yetirilməlidir.Aldqıdan sonra gigiyenik qaydalara diqqət olunmalıdır. Qarpız kəsildikdən sonra istifadə olunmalıdır.Ümumiyyətlə qarpız və yemiş məhsullarını avqust və sentyabr ayın da istifadə olunması daha məqsədə uyğun hesab olunur.
Son bir ayda Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasına müxtəlif qidalardan zəhərlənmələrlə müraciət edənlər olsa da qarpız və yemiş zəhərləmə faktə qeydə alınmayıb.
- Baxış: 582