• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1821
— 24.06.2019 12:05

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

KepezTV Player

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. Proses respublikanın 11 şəhərində, o cümlədən Gəncədə ümumilikdə 46 binada aparılıb. Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar. Bundan əlavə, köməkçi vasitələr gətirən, köçürməyə cəhd edən, qaydalara zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv ediləcək. Bu gündən imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq. Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.