• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 24.06.2019 11:57

Qazaxda Xalq şairi Vaqif Səmədoğlunun büstü qoyulub

KepezTV Player

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi münasibətilə Qazaxda şəhər mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında şairin büstünün açılışı olub. Səməd Vurğun Poeziya evindən start verilən tədbirdə Səməd Vurğunun və Vaqif Səmədoğlunun həyat yollarına, yaradıcılıqlarına, Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərinə nəzər salınıb. Daha sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xalq şairi Vaqif Səmədoğlunun "Fəxri qazaxlılar” qoyulmuş büstün açılışı olub.  Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri ilə seçilən Vaqif Səmədoğlu yaradıcılığından söz açılıb. Görkəmli şəxsiyyətin Azərbaycanın sayılıb seçilən ziyalılarından olduğu, onun hər zaman xalq tərəfindən sevildiyi vurğulanıb. Tədbirdə məktəblilər şairin şerlərini səsləndiriblər. Qazax Dövlət Dram Teatrının səhnəsində Xalq şairi Vaqif Səmədoğlunun “İntihar” tamaşası nümayiş olunub.

Nüşabə Vəkilova - xalq şairinin həyat yoldaşı: Mən bu gün büstün qoyulmaısna dəstək verən Heydər Əliyev fonduna öz dərn təşəkkürümü bildirirəm. Bu gün bu bizi çox sevindirdi. Həqiqətəndə bu gün bizim üçün xüsusi ilə əlamətdar oldu. Bu gün bura toplaşan hər bir kəsə çox sağolun deyirəm.

 

Natiq Hüseyn