• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1268
— 22.06.2019 17:10

Göygöldə statistika İdarəsi üçün yeni bina inşa edilib

KepezTV Player

Dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində Göygöl rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. Bina Prezidentin sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa olunub. Çıxış edənlər son illərdə respublikada rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət Proqramları nəticəsində yerli statistika orqanları işçilərinin iş şəraitinin yaxşılaşdırılması və idarələrin maddi-texniki bazalarının gücləndirilməsi məqsədilə bir sıra layihələrin icra olunduğunu diqqətə çatdırıblar. Göygöl rayonunda istifadəyə  verilən yeni inzibati bina bütün standartlara uyğun inşa edilib. Əməkdaşlar üçün bütün şərait yaradılıb. Otaqlar ən zəruri texniki avadanlıqlar, inventarlarla təchiz olunub. Yeni binada sakinlərə daha yüksək səviyyədə xidmət göstəriləcək.

Yusif Yusifov Dövlət Statistika Komitəsinin sədr müavini: Son 10 ildə respublikamızın müxtəlif bölgələrində statistika idarələri üçün 30-a yaxın yeni bina inşa olunub. Bütün binalar müasir formada yenidən qurulan idarələrdir. Təbii ki, Dövlət Statistika Komitəsinin hər bir işçisi yaradılan bu şəraitdən maksimum istifadə edib rəsmi statistik məlumatların vaxtındaölkə içtimayyətinə çatdırılmasını təmin edək.