• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 21.06.2019 16:25

Bir tondan çox narkotik yandırıldı

KepezTV Player

“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Goranboy rayonunun Mənəşli kəndi ərazisində dağlıq ərazidə yabanı halda bitmiş ümumi çəkisi 1 ton 265 kiloqram artıq olan 3793 ədəd narkotik tərkibli çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Kolların hündürlüyü 140-160 santımetr arasında dəyişib. Ümumilikdə 1,2 hektar ərazi yabanı halda bitən kollardan təmizlənib. Faktla bağlı araşdırma aparılır. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Natiq Hüseyn