• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1792
— 19.06.2019 16:16

Gəncə gecələr daha işıqlı olacaq

KepezTV Player

Qədim Gəncənin küçələrinə quraşdırılan yeni müasir işıqlandırma sistemləri gecələr hərəkəti asanlaşdırmaqla yanaşı, şəhərə xüsusi estetik gözəllik də bəxş edir. Təkcə son bir ildə müxtəlif küçə və prospektlərin aydınlanması üçün 1600-dən çox dirək quraşdırılıb. Əsas məqam isə yüksək keyfiyyətli bu sistemlərin ölkədə istehsal olunmasıdır

İşıqlandırma sistemləri əsasən şəhərin kommunal xətlərin yenilənməsi prosesi başa çatan küçələrində quraşdırılır. Həmin ərazilərə Gəncəni simvolizə edən, yerli istehsal olan işıq dirəkləri basdırılır.

Vüqar Əmirov - Gəncə Şəhər MKTİB-nin Küçə İşıqlanmasının rəis müavini: Gəncə şəhərində hazırda 28 küçədə küçə işıqlandırması bərpa olunub. Yəni yeni dirək və led işıqlar quraşdırılıb. 822 ədəd işıq dirəyi qoyulub ki, bunlardan da 398 bir şamlı 424 iki şamlıdır. İşıqlanmanın çəkilməsində 53 min metrdən çox keyfiyyətli mis kabellərdən istifadə olunub.

İşlər şəhərin Cavadbəy Rəfibəyli və Kimyaçılar küçəsində aparılır. Gəncə cihazqayırma zavodunun istehsalı olan dirək və led lampalar yüksək keyfiyyətli olmağı ilə yanaşı qiymət baxımındandan da olduqca sərfəlidir. İlin sonuna kimi daha 20 küçənin yeni sistemlərlə işıqlandırılması nəzərdə tutulur.