Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev Şəmkirdə epizootik vəziyyətlə tanış olub. Təsərrüfatlarda həyata keçirilən profilaktik tədbirlərin gedişi, fermerlərin təkliflərini dinləmək, rayonda inşa edilən baytar sahə məntəqəsinin tikintisi ilə tanışlıq da səfər proqramına daxil olub.
Şəmkirin Qılıncbəyli kəndində ətlik-südlük heyvandarlıq təsərrüfatında olan Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev heyvanların saxlanma, yemlənmə şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərini izləyib. Təsərrüfat üçün “Aqrolizinq”in xəttin ilə 50 baş iri buynuzlu alınıb. Hazırda onlardan 32 baş bala alınıb. Gələcəkdə 100 baş ətlik cins mal-qaranın alınması planlaşdırılır.
Elbrus Səfərov - təsərrüfat sahibi: Lizinq yolu ilə 50 baş südlük inək almışıq. Hər bir maldan gündəlik olaraq 25 litr süd alırıq. Gələcəkdə təsərrüfatımızı artırmaq istəyirik. Bu dəfə ətlik və südlük heyvanlar götürmək istəyirik. Yaxşıdır bütün tədbirləri eləyirik.
Təsərrüfatda saxlanılan inəklər, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnikası və aqreqatları ilə də tanışlıq olub. Heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, epizootik vəziyyətin sabit olmasının əhəmiyyətinə toxunulub.
Bayandur Rzayev - Aqrar Xidmətlər Agentliyinin sədr müavini: Nəzərdə tutulan bütün tədbirlər aparılıb. Heyvanların köç mövsümü başa çatıb. Xırda buynuzlu heyvanlarda dabaq, çiçək xəstəlikləri əlehinə, iribuynuzlularda Nodulyar Dermativ xəstəliyi əlehinə bütün peyvəndləmə işləri yekunlaşıb. Hal-hazırda heyvanlar yaylaqdadır. Məlumat üçün onu da deyim ki, respublikada epizootik durum sabitdir. Tərəfimizdən heç bir infeksiya, xəstəlik mənbəyi qeydə alınmayıb.
Şəmkirdə müasir sahə baytar məntəqəsi də tikilir. Respublikanın 12 müxtəlif rayonunda tikilməkdə olan brlə məntəqələr heyvandarlığın inkişafına xidmət edəcək.
Bayandur Rzayev - Aqrar Xidmətlər Agentliyinin sədr müavini: Heyvanlar yaylağa qalxanda eyni zamanda yaylaqdan qayıdanda çimizdirmə prosesi həyata keçirilir. Çeyrançöl heyvanların qışlaq otlaq sahəsi olduğundan heyvanlar köç düvründə həmin o köç yolunun üzərində tikilən məntəqədə çimizdirilib yaylağa yola salınacaq. Eyni zamandada qırxım prosesi həyata keçiriləcək.
Hazırda Şəmkir rayonunda 63 min baş iri, 200 minə yaxın xırda davar bəslənilir.
- Baxış: 477