• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 17.06.2019 12:11

Muzey işçilərinə beynəlxalq sertifikatlar verilib

KepezTV Player

Yeni tədris modulları əsasında hazırlanan kurslar muzey işçilərində nitq mədəniyyətinin formalaşdırılması, muzey ekspozisiyası və kreativ peşə səriştələri mövzuarını əhatə edib. Gəncə və şəmkir regional Mədəniyyət İdarələrinin əməkdaşları Gəncə Dövlət Universitetində, Məhsəti mərkəzində, uşaq incəsənət məktəbində və Mir Cəlal Paşayevin ev muzeyində keçirilən təlimlərin iştirakçıları olub. Nazirliyi tərəfindən Gəncədə keçirilən mədəniyyət həftəsi çərçivəsində reallaşdırılan ixtisasartırma kursları mədəniyyət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub. Təlimlərdə əsasən tətbiqi biliklərə üstünlük verilib, dinləyicilərin bilik və bacarıqlarının qiymətləndirilməsində kreativ yanaşmalar tətbiq olunub.

Təlimləri bitirən dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.