• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1775
— 17.06.2019 12:19

Xəstəxana üçün yeni korpuslar tikiləcək

KepezTV Player

Qazaxda tibb işçilərinin peşə bayramı qeyd edilib. Ölkədə səhiyyə sahəsində qazanılan uğurlardan danışılıb, sistemin təkmilləşməsi ilə əhaliyə göstərilən tibbi xidmətin kefiyyətinin yüksəldiyi vurğulanıb. Rayonda da bu qəbildən olan müəssisələrin maddi-texniki bazası möhkəmləndirilir, Mərkəzi Xəstəxana üçün yeni binanın tikintisi tibb işçiləri və düşmənlə sərhəddə yaşayan vətəndaşlara göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirilib. 145 çarpayılıq səhiyyə ocağının korpuslarının inşası da növbəti dövlət proqramında öz əksini tapıb. Tədbirdə bir qrup tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Göygöldə də qrup tibb işçisi peşə bayramı günü fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. Rayonun mərkəzi xəstəxanası ilə yanaşı, 2 kənd sahə xəstəxanası, 22 tibb və 10 həkim məntəqəsində 500-ə yaxın tibb işçisi əhaliyə xidmət göstərir. Onların sırasında əməkdar həkim fəxri adı və müxtəlif medallarla təltif olunanlar var. Bayram tədbirində bu il Göygöldən daha iki həkimin Pəri Nağıyevanın əməkdar həkim fəxri adına, Vilayət Musayevin “Tərəqqi” medalına layiq görüldüyü vurğulanıb. Rayonda bir neçə kənd tibb və həkim məntəqələrinin əsaslı təmir olunduğu, mərkəzi xəstəxananın müxtəlif şöbələrinin müasir diaqnostik aparatlarla təchiz edildiyi diqqətə çatdırılıb. Gələn il daha bir neçə kənddə həkim məntəqələrinin yenilənəcəyi vurğulanıb.