• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 15.06.2019 20:23

Elxan Əliyevin London zəfəri

KepezTV Player

“Samux” Kikboksinq Klubunun yetirməsi Elxan Əliyev qələbə ilə başa vurduğu döyüşlərin sırasına daha birini əlavə edib. 25 yaşlı idmançının xoş sorağı bu dəfə Londondan eşidilib. Əliyev Böyük Britaniya paytaxtında təşkil olunan K1 versiyası üzrə peşəkar döyüşdə yerli idmançı Nathan Epps ilə qarşılaşaraq ona qalib gəlib. 71 kq çəki dərəcəsində reallaşan görüşdə Elxan rəqibini ilk raudun 45-ci saniyəsində nokauta salıb. Bu, həmyerlimizin peşəkar rinqdə 12-ci döyüşdə 11-ci qələbəsi olub. Əməkdar məşqçi Elnur Salamovun yetirməsi bu döyüşlərdən 7-ni nokautla başa vurub. Yeri gəlmişkən, Elxan Əliyev ötən il də Londonda keçirilən turnir çərçivəsində görüşünü qələbə ilə yekunlaşdırıb. Kikboksinqçi İngiltərə ilə yanaşı, Azərbaycan, Belarus, Türkiyə və Slovakiyada da rinqə çıxıb.  

Azad Rəfi