• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2357
— 14.06.2019 16:15

2336 şagird məzun oldu

KepezTV Player

Bu gün Gəncənin 44 orta ümümtəhsil məktəbində son zəng çalınıb. Şəhər ictimaiyyət nümayəndələrinin, müəllim, valideyn və şagirdlərin də qatıldıqları son zəng təbrlərində sevinc, həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar dilənib. Bu tədris ilində Gəncə şəhəri üzrə 2336 şagird 11-ci sinfi bitirərək məzun adını qazanıb. Onlardan 1910-u Azərbaycan, 426-ı isə rus bölməsində təhsil alanlardı. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən birinci imtahanda Gəncədən 201 şagird 500 baldan, 57 nəfər 600, 5 məzun 650 baldan artıq nəticə göstərib. Bu il həmçinin 6 şagird Respublika fənn olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanıb. Tədris ili ərzində keçirilən müxtəlif müsabiqələrdə qalib olan şagirdlərə fəxri fərman və xatirə hədiyyələri təqdim edildikdən sonra simvolik “Bilik açarı” məzunlar tərəfindən birincilərə təqdim olunub, sonra son zəng çalınıb. Mərasim şagirdlərin hazırladıqları maraqlı kompozisiyalarla davam etdirilib.

Şahbaz Rzazadə - məzun: Son zəngdi. Təbii ki bu gün bizim üşün kədərli və sevincli bir andır. Çünki biz 11 il eyni parta arxasında oturduğumuz şagirdlərlə ayrılıb müstəqil həyata qədəm qoyuruq. Müstəqil həyata qədəm qoyduğumuz üçün sevincliyik.

Sevda Həsənzadə - məzun: Həyatımın ən maraqlı illərini məktəbə həsr etmişik. Dostlarımızla, sinif yoldaşlarımızla ayrılırıq. Hamıya uğurlar arzu edirəm.

Günay Tağıyeva - valideyn: Çox sevincliyəm mənim qızım bu gün məzun olur. Mən bütün məzunlarımızı təbrik edirəm. Onlara həyatda uğurlar arzu edirəm. Ali məktəblərdən səslərini eşidək.

Yeganə Səfərova - müəllimə: Həmişə öndə olsunlar. Onlar uğur arzu edirəm.Arzu edirəm ki, seçdikləri universtetdə özlərini doğrultsunlar və yeni-yeni uğurlarla bizləri sevindirsinlər.