• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 6931
— 14.06.2019 11:51

Samuxda buraxılış siniflərin şagirdləri “Son zəng” həyacanı yaşayıblar

KepezTV Player

Məzunlar təbrik edilib, onlara müstəqil həyatda uğurlar arzulanıb. Rayonda son 6 ildə 15 məktəb üçün yeni binanın inşa edildiyi, bir neçə təhsil ocağının isə əsaslı təmir olunduğu vurğulanıb. Ötən tədris ilində 159 məzunun tələbə adını qazandığı, 9 nəfərin 600-dən yuxarı bal topladığı diqqətə çatdırılıb. Bu il nəticələrin daha yüksək olacağına əminlik ifadə olunub. Məzunların və birincilərin hazırladığı musiqili əyləncəli proqramlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Bu il Samux rayonunda fəaliyyət göstərən 23 tam orta məktəbi ümumilikdə 435 nəfər bitirir. 9-cu sinif məzunlarının sayı isə 690 nəfərdir. Məzunların əksəriyyəti ali məktəbə sənəd verib. Tədbirdə tədris ili ərzində fərqlənən müəllim və şagirdlər mükafatlandırılıb.

Əminə Cəfərova - Samux şəhər 2 saylı tam orta məktəbin direktoru: Bu il bizim 34 məzunumuzdan 24 nəfəri birinci mərhələ üzrə ali məktəbə qəbul olub. Ən sevindirici bir naliyyətimiz bu il bizim məktəbin ilk dəfə təmayül olan sinifi azərbaycan dili üzrə 100 faiz digər fənnlər üzrə 90 faiz nəticə göstərib. Təmayül sinfin veridyi nəticələr həqiqətən ürəkaçandır.

 

Natiq Hüseyn