• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 13.06.2019 17:45

5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

KepezTV Player

Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bay­raq yürüşü təşkil edilib. Dövlət müstəqilliyinin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğını irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri döv­lət bay­rağını başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayraqdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsini və milli dövlətçilik ənənə­lə­rinə sadiqlik­lərini, Prezi­dent İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.