• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1817
— 12.06.2019 17:58

İkili diplom məsələsi Fransa universiteti ilə mümkün olacaq

KepezTV Player

Fransanın Tuluz Universitetinin prezidenti, professor Jean Pier Vinel və Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fabrice Dumas Azərbaycan Dövlət Aqrar Universitetində olub, universitetin maddi-texniki bazası ilə ətraflı tanış olublar. Rektor İbrahim Cəfərov Fransa universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, bu görüşü əməkdaşlığın ilk addımı kimi qiymətləndirib. Tuluz universiteti ilə ikili diplomlar və tələbə mübadiləsi istiqamətində əməkdaşlığın səmərə verəcəyinə əminlik diqqətə çatdırılıb, elmi araşdırmalar və doktorantura üzrə əlaqələrin qurulması üçün hər cür imkanın olduğunu vurğulayıb. Hər iki ölkənin təhsilində bir çox ümumi maraqların olduğunu qeyd edən Tuluz rəhbəri ADAU ilə əməkdaşlıqda düzgün istiqamət seçməyin əhəmiyyətli oldğuna diqqət çəkib.

Jean Pierre Vinel - Fransanın Tuluz Universitetinin prezidenti: Məqsədimiz azərbaycan və Fransa universitetləri arasında əlaqələri möhkəmləndirməkdir. Çünki iki ölkə arasında olan dərin münasibətlərin inkişafına bu bir yardım olacaq. Ələxsus da birgə tədqiqatlar və tələbə mübadiləsinin reallaşmasında maraqlıyıq. Azərbaycan Dövlət Aqrar Universiteti ilə tanışlıq, burada yaradılan tədqiqat sahələri onu deməyə əsas verir ki, əməkdaşlığı reallaşdırmaq üçün heç bir maneə yoxdur.